Gənc yazar Ruslan Mollayevin “Payız” adlı qısa hekayəsini təqdim edirik.
Bu səhər, yağışdan sonra Qərənfil küçəsində iki gənc öz bəstələdiyi mahnını elə ürəkdən çalıb oxuyurdu ki, ətrafa yayılan səsin ahəngi hər şeyi sehrləmişdir.
Kimi ayaq saxlayıb dinləyir, kimi binanın yuxarı mərtəbəsində pəncərəyə söykənərək çiyinlərini qucaqlayıb, baxırdı.
Az sonra küçəyə sakitlik çökdü, pəncərədən baxanlar gitara və klarnet futlyarına qoyulan pulları görmürdülər, onlara elə gəlirdi, insanlar musiqiçilərin qarşısından təzim edərək, keçirlər...
kulis.az