Cenub.az KONKRET.az istinadən xəbər verir ki, Ermənistanın “Jogovurd gündəlik” yazır: 2021-ci ilə qədər lüks evlərdə əmlak vergisi səkkiz qat artacaq. Kadastr Dövlət Komitəsinin sədri Aram Karaxanyan gündəlik “Jogovurd” a eksklüziv müsahibəsində bildirib ki, məsələn, 1-2 otaqlı mənzillərdə yaşayan vətəndaşlar üçün artım əhəmiyyətsiz olacaq.
“Kadastr dəyərinin bazara yaxınlaşdırılması haqqında qanun Milli Məclisin ikinci oxunuşunda qəbul edilib”, – deyən Kanaxanyan əmlak vergisinin dərəcəsinin kadastr dəyəri əsasında hesablanacağını və Vergi Məcəlləsi ilə müəyyən edildiyini izah edib.
“Daha yüksək bazar dəyəri olan evlərə, yeni tikilmiş əmlaka görə əhəmiyyətli dərəcədə daha yüksək vergi olmalıdır, beləliklə bu boşluğu bağlamaq lazımdır, yəni daha az gəlir vergisi daha yüksək əmlak vergisi ilə əvəzlənəcək”.