Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.
Bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb.
Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.
Qeyd edək ki, bu ilin oktyabr ayında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.