Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda dəhşətli hadisə: bu gün toyu olacaqdı, öldü - FOTO



Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
Noyabrın 22-də gecə saatlarında Beyləqan rayon Mayak kənd sakini Zeynalov Oruc Abbas oğlunu maşın vurub. Gənc oğlan hadisə yerində ölüb.
Məlumata görə, O.Zeynalov toya hazırlaşırmış. O, dostunun maşınını alaraq toy dəvətnaməsi paylamağa gedib. Ancaq Milabad kəndi ərazisində avtomobilin mühərriki sönüb, Oruc və maşındakı digər sərnişin maşını itələməyə başlayıblar. Gecə saatları olduğuna görə, arxadan gələn avtomobil onları görməyib və toya hazırlaşan gənci vurub. Hadisə nəticəsində O.Zeynalov yerindəcə dünyasını dəyişib.
Orucun bu gün toyu olacaqdı. Ancaq dünən onun 3 mərasimi keçirilib.


(Lent.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10