Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məşqçilərin reytinq siyahısı açıqlandı: Azərbaycandan təkcə Qurban Qurbanov var


Klub baş məşqçilərinin aylıq reytinqi açıqlanıb.

“Clubworldranking” xəbər verir ki, reytinq cədvəlində 1000 məşqçinin adı yer alıb.

Bu siyahıda yalnız bir azərbaycanlı çalışdırıcı yer alıb.

Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1017 xalla 583-cü sırada özünə yer tapıb.

Siyahıya “Barselona”nın çalışdırıcısı Ernesto Valverde liderlik edir – 15551 xal.

İkinci sırada “Liverpul”dan Yürgen Klopp (14005), üçüncü pillədə isə “River Pleyt”dən Marselo Qalyardo qərarlaşıb.(oxu.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10