Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kəmaləddin Heydərov hadisə yerinə niyə getmədi?



Xəbər verdiyimiz kimi, ötən gecə Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatı sürüşməsi baş verib. 

Cenub.az xəbər verir ki, hadisədən bir neçə saat sonra Baş Nazir Əli Əsədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov hadisə yerinə gediblər. 

Amma bu kimi fövqəladə hadisələrdə hər zaman öndə olmağa çalışan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nədənsə dünən sürüşmənin baş verdiyi ərazidə görünmədi. Bunun səbəbi haqda hələlik heç bir məlumat yoxdur. İstənilən halda isə Heydərovun ərazidə olmamaması bir sıra sualların yaranmasına səbəb olub.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10