Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstan parlamentinin qarşısında kütləvi aksiya keçirilir


Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya başlayıb.

Hazırda müxalifət liderləri bir qrup aksiya iştirakçısı ilə birgə Birinci Respublika Meydanından parlamentə qədər yürüş edir. Müxalifətçilər və ictimai fəalların təşkil etdikləri aksiyanın tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir. Aksiyaya bölgələrdən də iştirakçılar qatılıb. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbələri də yürüş edərək aksiyaya qoşulacaqlar.

Mitinq təşkilatçıları parlamentə girişləri bloklayacaqlarını və deputatların sabahkı iclasda iştirak etmələrinə imkan verməyəckərini elan ediblər. Parlament ətrafına çox sayda polis əməkdaşları cəlb olunub.(virtualaz.org)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10