Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Cenub.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, heyvan və quş yemlərinin satışının 4 il müddətində əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur.
Komitə sədrinin sözlərinə görə, layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.