Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Muzeydən milyard avroluq oğurluq edildi



Almaniyanın Drezden ərazisində naməlum quldurlar Avropada ən böyük xəzinə kolleksiyası olan “Grünes Gewölbe” muzeyinə giriblər.

“Bild”in məlumatına görə, cinayətkarlar muzeydən brilyant və digər qiymətli əşyalar oğurlayıblar.

Muzeyə vurulan zərər bir milyard avro ola bilər (təxminən 1,873,700,000 AZN - red.).

Deyilənə görə, cinayətkarlar körpünün altındakı transformatoru yandıraraq şəhərin mərkəzindəki ən böyük muzeyi işıqsız qoyub. Bundan sonra bir neçə nəfər künc pəncərəsindən xəzinələr olan otağa çıxıb.

Saksoniyalı Avqustun xəzinəsi olan “Grünes Gewölbe” 1724-cü ildən muzey kimi fəaliyyət göstərir.

Burada qızıl, gümüş, qiymətli daşlar, fil sümüyü və digər qiymətli materiallar olan 3 minə yaxın eksponat var.

oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10