Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Torpaq əldən gedir, bunlar isə artistlik edirlər”


Cümşüd Nuriyev: “Qarabağ məsələsində bütün Azərbaycanı İlham Əliyevin yanında olmağa çağırıram”



Xəbər verdiyimiz kimi, Bakıya gələn ermənilərdən "Şant" telekanalının şərhçisi Artyom Yerkanyan Azərbyacanda ermənilərə qarşı neqativ münsiətin olmadığını bildirib.

 

Bəs əslində necə, həqiqətənmi Azərbaycanda ermənilərə neqativ münasibət mövcud deyil? Ümumiyyətlə, torpaqlarımızı işğal edən, yüz minlərlə soydaşımızı didigərin salan, on minlərlə insanımızı şəhid edən erməniyə neqativ münasibətin olması üçün daha nələrin olması lazım idi?

 

Cenub.az xəbər verir ki, moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev  erməni jurnalistinin qənaətini bölüşmədiyini vurğuladı:

 

Erməni bizim düşmənimizdir. Neqativ münasibət nəyə deyirlər? Biz tutub küçədə erməni döyməyəcəyik ki...Bizdə erməniyə qarşı nifrət hiss var. O erməni jurnalisti də burda bir şey, orada isə başqa şey deyəcək. Bunu hardasa başa düşürəm. Ancaq mənə çatmayan bir şeydir. Bu milləti neçə dəfə aldadarlar?

 

Son 100 ildə ermənilər bizi 5 dəfə aldadıb. Uşaq uşaqdır, onu da ikinci dəfə aldatmaq olmur. Bu milləti hər dəfə necə aldadırlar? Doğrudanmı bunun arxasında duran qüvvələr xalqı ağılsız hesab edir? Kim xalqı ağılsız hesab edirsə, ağılsız onun özüdür. 

 

Axı mən niyə erməniləri sevməliyəm? Mənim övladlarımın babasının, nəslinin qəbri ermənilərin əlindədir. Onlar bir dəfə də olsun bu məzarları ziyarət edə bilmirlər. Belə olan halda niyə mən ermənini sevməiyəm?

 

Yeni “xalq diplomatiyası”nı ortaya atıblar. Bir qrup yaltaq da ortaya düşüb. Bəzi media orqanları da bu məsələdə aktivlik sərgiləyir. Kimsə bunlara “bəsdir” deməlidir. Qarabağ əldən gedir, bunlar isə burada artistlik edirlər. Niyyətləri Qarabağı verməkdirsə, prezident də, xalq da bunun əleyhinədir. Qarabağ məsələsində bütün Azərbaycanı İlham Əliyevin yanında  olmağa çağırıram. Bizim başqa yolumuz yoxdur. 

 

Biz 30 min şəhid vermişik. Bir milyodan çox qaçqın-köçkünümüz var. Xalqımızın yüz illəlrə topladığı sərvəti itirib. Millətin qürurunu sındırmaq olmaz. Vaxtiylə “xalq diplomatiyası” adı ilə Ermənistanla danışıqlara getmişik. “Xalq diplomatiyası” özünü doğrultmadı. Ermənilər bizi aldatdılar. Öz mövqelərini möhkəmləndirdilər və bizi kənarda qoydular. Bu, bizə dərs olmalıdır və biz anlamalıyıq ki, erməni kimi məkirli düşmənə inanmaq olmaz”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10