Elnur Ağayev iddia edir ki, Məmmədov Zaur Qalabəy oğlu onun inamından istifadə edərək 3700 dollarlıq qızılının pulunu mənimsəyib
Elnur Ağayevin məktubunu olduğu kimi təqdim edirik:
"Yazıb sizə bildirirəm ki, mən Ağayev Elnur Azər oğlu 2009-cu ildə Bakı şəhəri Nəsimi rayon M. Əcəmi metrosu yaxınığında yerləşən "Moskva" Univermağındaı qızıl - alqı satışı mərkəzində satıcı kimi fəaliyyət göstərməyə başladım. İşlədiyim dövr ərzində təzə - təzə özümün necə bir insan olduğumu ətrafımda olan kollektivə göstərirdim ki, bir mərdiməzar çıxaraq qarşıma mənim rüsvay olmağıma və işdən cıxarılmağıma nail ola bildi. Danışacağıma adam 1977-ci il təvəllüdlü Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğludur. Zaura hansı ad desən yaraşır. Çünki bu adam peşəkar yalançı, fırıldaqçı, dələduz və cilddən - cildə girməyi bacaran bir şəxsdir. Məmmədov Zaur mən satıcı işlədiyim dövrdə mağazaya bahalı geyimdə gələrək özündə mənə qarşı inam yaradaraq 3700 $ məbləğində qızıl - zinət əşyalarını götürərək geri qaytarmadı. Mən Ağayev Elnur Azər oğlu 2009 - cu il adını çəkdiyim ticarət mərkəzində inamımı Zaura görə itirərək banklara möhtac oldum və həmin univermağdan çıxmq məcburiyyətində qaldım.
2010 - 2012-ci illərdə cəbhə bölgəsində vətənə olan borcumu verərək geri döndüm. Hadisədən 6 (altı) il keçməsinə baxmayaraq Zaur mənə olan borcunu geri qaytarmaq istəmir. 2012 - ci ildən mən bütün hüquq -mühafizə orqanlarımıza - MTN, DİN, ƏN, BŞBPİ, Nəsimi RPİ - nə, hadisə baş verdiyi ərazi üzrə 19 - cu polis bölməsinə şikayət etmişəm. Mənim sonradan apardığım xırda araşdırmalar zamanı məlum oldu ki, bu adam bu işin peşəkarı olaraq arxasında hansısa güclü qüvvənin durması hesabına bu işi özü üçün hobbi seçib. Mən bu insanın nə ilk, nə də ki, son qurbanı deyilmişəm. Masallı rayonundan olan digər mənim kimi cavan oğlan - Mirzağa adlı bir vətəndaşı da qurban seçərək onu da 13.000 AZN dəyərində aldadaraq ziyan vurub. Vətəndaş Məmmədov Zaur Qalabəy oğlunu 2013 - cü ildə Suraxanı RPİ - nin 33 - cü PB-nin əməkdaşları digər bir əməlinə görə CM - nin 178 - ci, yəni dələduzluq maddəsi ilə paytaxt sakininin rəsmi şikayəti əsasında saxlamağa müvəffəq olsalar da, Zaur burdan da “alnıaçıq” heç nə olmamış kimi sərbəst həmin qüvvənin hesabına buraxılaraq yenə öz çirkin əməllərini davam etdirərək bu günkü günə qədər azadlıqdadır. Həmin olay KİV - lərdə dərc olunub. Mənim sizə yazmaqda məqsədim budur ki, qarşılaşdığım problemin həllində yardımçı olasınız, olayı ictimailəşdirəsiniz ki, bəlkə qarşı tərəf ibrət götürə!"
Hazırladı: Bəhlul

Redaksiyadan: Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq. Onu da xatırladaq ki, Elnur Masallının Hişkədərə kəndindən Zaur isə Masallı şəhərindəndir.