Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıdakı “borc aparatları” yığışdırıldı - Dövlət qurumları əməliyyat keçirdi



Bakıda “Azpul” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.

Cenub.az-ın Pravda.az-a istinadən məlumatına görə, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub.

Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, şəhərin bir neçə ərazisində quraşdırılan el arasında “borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 AZN məbləğində borc pul alırdılar.

Həmin borc beş gün ərzində 21 AZN şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 AZN götürmək mümkün idi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10