Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Pokrov Məhərrəm” Rusiyadan deportasiya olundu - VİDEO



Kriminal avtoritet “Pokrov Məhərrəm” Rusiyadan Azərbaycana deportasiya olunub.

Məhkəmə Rusiyada qanunsuz yaşayan avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib.

Cenub.az-ın Oxu.az-a istinadən xəbərinə görə, o, Şeremetyevo hava limanından Azərbaycana yola salınıb.

Quliyev daha əvvəl paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. 

Qeyd edək ki, paytaxtın ən böyük meyvə-tərəvəz bazarına “nəzarət edən” Quliyev ev dustaqlığında olduğu zaman qaydanı pozduğuna görə axtarışa verilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10