Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sürücülərə bəd xəbər: Bu halda 150 manat cərimələnəcəksiniz



Avtomobilin alın və qabaq yan şüşələrinə vurulan plyonkalar bu gündən etibarən sökülməyə başlanılacaq və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 150 manat məbləğində cərimə olunacaq.

Cenub.az Avtosfer.az-a istinadən xəbər verir ki, sürücünün kürəyindən arxada qalan şüşələrə (arxa yan şüşələrə) vurulan plyonkalara görə cərimə yazılmayacaq.

Alın və qabaq yan şüşələrə plyonkanın vurulması həm qanunvericiliklə qadağandır, həm də təhlükəlidir. Çünki sutkanın qaranlıq vaxtı avtomobildən bayır hissə məhdud görünür. Bu isə yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10