Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Diqqətli olun, odla oynayırsınız



“Uşaqlara belə sevgi göstərmək olmaz”

 

Bəzi insanlar körpə yaşlarından avtomobillərə meyilli olurlar. Onlar valideynlərinin, babalarının avtomobil sürməsini görüb, özləri də sükan arxasına keçmək istəyirlər. Təhlükəni nəzərə alan valideynlər övladlarına bunun yalnız 18 yaşdan sonra mümkün olduğunu bildirirlər.

 

Amma bəziləri “əşşi, uşağın ürəyini sındıracaq deyiləm ki... nə olacaq e”, - deyib körpə uşağı qucağında oturdub, sükanı uşağa həvalə edir və çıxırlar yola. Yolda isə ani səhv nəticəsində ağır qəza baş verir.

 

Məsələ ilə bağlı danışan Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, polis belə hallarla çox ciddi mübarizə aparır: “Bu, hər kəs üçün ciddi təhlükədir. Bizim əməkdaşlar tərəfindən belə hal aşkarlananda dərhal sürücüyə ciddi cəza verilir. Qanunla uşağı qucaqda oturdub avtomobil idarə etmək ciddi pozuntusudur”.

“Bizimlə yanaşı, piyadalar və sürücülər də belə sürücülərlə mübarizə aparmalıdırlar. Həmin sürücülərə ictimai qınaq olmasa, düzələn deyillər. Elə bilirlər ki, heç nə olmayacaq. Amma ani səhv böyük fəlakətə səbəb olur. Bir daha deyirəm. Biz belə hallara qarşı ciddi mübarizə aparırıq”, - V.Əsədov bildirib.

 

Avtomobil təlimçisi Arzu Kürsüm Babazadə də açıqlamasında sürücləri diqqətli olmağa çağırıb: ““Yol hərəkəti haqqında” Qanunda bu, ciddi qayda pozuntusudur. Uşaqları nəinki sükan arxasında, heç qabaq oturacaqda və arxa oturacaqda belə, qucaqda oturtmaq olmaz. Bu hallar uşaqların həyatlarını təhlükəyə atırlar. Valideynlər məsuliyyət hiss etməlidirlər”.

Yol-nəqliyyat eksperti Elməddin Muradlının əməkdaşımıza dediyinə görə, 12 yaşdan yuxarı uşaqlar ön oturacaqda əyləşə bilərlər: “Təəssüflər olsun ki, bizim bir xüsusiyyətimiz var. Körpə uşaqları ataları avtomobil idarə edə-edə qucaqlarında saxlayırlar. Bununla qürrələnirlər, uşağa sevgilərini belə bildirdiklərini düşünürlər”.

 

“Amma anlamırlar ki, uşaq get-gedə avtomobilə alışır və bir gün valideynsiz avtomobili idarə edir, nəticədə böyük faciə yaşanır. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Əksinə uşaqlara vaxtından tez sevgi yaratmalı deyillər. İnsanlar bu “adəti” unutmalıdırlar. Uşaqlara belə sevgi göstərmək olmaz. Sürücü mədəniyyətindən kənar bir şeydir. Hər birimiz onlarla mübarizə aparmalıyıq”, - deyə ekspert əlavə edib.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10