Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 15 yaşlı qız oğurlanıb


Hicablı qız gündüz saat 10-da evdən çıxıb, hələ də tapılmır
Bu gün, iyulun 20-də redaksiyamıza gələn Masallı rayonunun Təklə kənd sakini Fərhad Səfərov bildirmişdirr ki, onun qızı, 30 yanvar 2000-ci il təvəllüdlü Cəfərova Səidə Fərhad qızı bu il 05 iyul 2015-ci ildə naməlum şəkildə itkin düşmüşdür. Onun bildirdiyinə görə iyulun 5-də qızı evdə xəstə olan 4 yaşlı bacısına qayqanaq bişirib, onu yedizdirib, sonra da “ayaq yoluya gedirəm” deyərək evdən çıxmışdır. 5-10 dəqiqə sonra həyətə çıxan anası qızını görməyib, qonşuda fəhlə işləyən məni səsləyib. Hər tərəfi axtarsaq da qızı “gördüm” deyən olmayıb.
Atası həmçinin bildirib ki, qızı 9-cu sinifdə oxusa da, 5-6 ay imiş ki, dərsə getmirmiş. Hicablı gəzirdi, qonum-qonşuya getməklə arası yox idi. Kimisə istəməsi barədə də heç bir məlumatımız yoxdur. Ailədə onunla bağlı heç bir narahatçılıq olmayıb. İyulun 6-da bu barədə Masallı Polis Şöbəsinə də məlumat vermişik, onlar da axtarış aparırlar.edib ki, qızın mobil telefonu olmasa da, anasının telefonundan istifadə edirmiş, xəstə uşağa mahnı oxudurmuş. Səidə Cəfərova evdən çıxanda həmin telefonu da özü ilə götürmüşdır. Həmin telefona Səidənin itməsindən öncə və sonra gələn zənglər araşdırılır. Onu da bildirək ki, qız itəndən təxminən 1 saata qədər həmin nömrəyə zəng çatırmış, sonradan isə telefon söndürülüb.
Atası həm də əlavə
Səidə ailənin 2-ci uşağıdır. O evdən çıxanda səhər saat 10 olub. O, boyu 155 sm, orta arıq, uzun qara saçı var idi, gözləri açıq rəngdədir, əynində sinə salması, uzun ətəkli qəhvəyi rəngdə hicab yaylığı olmuşdur. Ayağına mavi rəngli çəpit olmuşdur.
Səidə Cəfərovanın danışığında heç bir qüsuru olmayıb, xüsusi əlamətləri yoxdur.
Xahiş edirik, onun haqqında məlumatı olanlar redaksiyaya – 050 (70) 322 75 23 saylı telefona, yaxud da valideynlərinə 0505466954 saylı telefona, atası Fərhada zəng edə bilərlər.
Qeyd: FB dostlarımızdan xahiş edirik ki, xəbəri daha çox paylaşsınlar.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10