
Xalq artisti Aygün Kazımova pərəstişkarlarının arzusunu reallaşdıracaq.
Cenub.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni “Ehtiyacım var” adlı klipində istifadə etdiyi eynəklərini sevənlərinə bağışlayacaq.
Bununla bağlı paylaşım edən Kazımova “Yazılan şərhləri bir-bir oxuyuram. Soruşursunuz ki, eynəyimi haradan almışam. Bu sualları tapan iki izləyiciyə eynək hədiyyə edəcəm: Klipdə neçə kadrda mən yoxam? Hansı yerlər Azərbaycanda çəkilib? Mahnının hansı sözləri mənə daha çox təsir edir” deyə, Aygün bildirib.