Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İstənilən vaxtda və istənilən yerə "prezervativləri" kuryer çatdıracaq - FOTO



“Ev və ofislərə prezervativlərin təcili çatdırılması” – internetdə son günlərdə paylaşılan bir şəkildə maşının arxa şüşəsində belə reklam görmək olar.

Cenub.az konkret.az-a istinadən xəbər verir ki, dövət qeydiyyat nişanından göründüyü kimi, maşının şəkli Almatı şəhərində çəkilib. Daha sonra məlum olub ki, bu reklam heç də hiylə və hər hansı şifrəli mesaj deyil. Avtomobilin sahibi həqiqətən də belə bir qeyri-adi işlə məşğuldur.

“Bəzən belə olur ki, gənclər öz aralarında razılığa gəlirlər, amma əsas məsələni unudurlar. Aptek və mağaza bağlı ola bilər, uzaqda ola bilər, evdən çıxmağa həvəs də olmaya bilər. Bax, belə anlarda mən peyda oluram. Həm mənə yaxşı olur, həm də onlar məmnun qalırlar”, – deyə özünü Rus kimi təqdim edən gənc izah edib.

Əslində Rusun şəklini internetdə paylaşanlar onu əməllicə reklam ediblər, özünün də etiraf etdiyinə görə, bir neçə gündür ki, telefonu dayanmır, bir zəngə cavab verib bitirən kimi digər sifariş gəlir. Gəncin sözlərinə görə, əslində şəhərdə onun rəqibi yoxdur.

Yeri gəlmişkən, bir neçə il əvvəl tanınmış prezervativ istehsalçısı, kauçuk məhsulları üçün təcili çatdırılma xidmətini istifadə vermişdi, hətta smartfonlar üçün “SOS Condoms” adlı bir tətbiq hazırlatmışdı. Ancaq bu xidmət yalnız Dubay sakinləri üçün əlçatan idi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10