Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnsanları şoka salan kəşf


Sürücüsüz 30 kilometrə qədər idarə olunan avtomobil icad etdi

Bursada yaşayan Çağlar Şahin 1986-cı il model avtomobilində uzaqdan idarə sistemi quraşdırıb. Nəqliyyat vasitəsi sürücüsüz  30 kilometrə qədər yol gedə bilir. Bursada təkər şirkətində çalışan Çağlar Şahin uşaqlıqdan bu sahəyə maraq göstərib. Daim Amerika maşınlarının istehsalını izlədiyini deyən Şahin hər zaman “mən də edə bilərəmmi?” sualı ilə üz – üzə qalıb. “Uzun müddət işlədim və öz avtomobilimdə bunu etdim. İçərisində hər hansı modul, elektron parça yoxdur. Tamamilə öz ideyamla hazırlanan bir vasitədir. Avtomobilin öz hissələrindən istifadə edərək bunu icad etmişəm. Nəqliyyat vasitəsinin işləmə müddəti mənə bağlıdır. İstənilən vaxt avtomobili işlədə və istədiyim vaxt dayandıra bilərəm”.

Ətrafındakı insanlardan müsbət reaksiya alan Çağlar Şahin maşını olan dostlarının onların avtomobilində də bu sistemi quraşdırmasını ondan istədiklərini deyir. “Vaxtım olarsa, dostlarımın da maşınlarında eyni sistemi quraşdıracam”.

konkret.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10