Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Yazmışdı ki, ərim müğənni ilə gəzir, kömək elə”


““Səni axtarıram” verilişinin çəkilişləri gərgin keçir. Amma sonda gözəl nəticə varsa, bu bizi xoşbəxt edir. Ayrılanların barışması, itkinlərin tapılması, xəstənin şəfa tapması, evsizin ev sahibi olması və s. Bunlar məni xoşbəxt edir”.

Bu sözləri musavat.com-a açıqlamasında aparıcı Xoşqədəm Hidayətqızı deyib. O, “Səni axtarıram” verilişinin onun əhvalına neqativ təsir etdiyini də gizlətməyib: 

“Deyim ki, neqativlərin öhdəsindən gəlirəm, doğru olmaz.  Gecə evə gedəndə hamısını yaşayıram”.

Teleaparıcı  övladları barədə də danışıb:  “Hazırda Bakıdadırlar. Bura gətirmişəm. Çünki dayana bilmirəm. Hər həftə sonu Türkiyəyə getmək böyük xərcdir. Həm də verilişlə bağlı həftə sonu baş tutan çəkilişlərə gedə bilmirdim. Ona görə də ciddi problemlər olurdu. Uşaqları gətirdim. Bir-iki aydan sonra yenə Türkiyəyə gedib bir ay qalacaqlar. 

Hidayətqızı müğənnilərin şəxsi həyatının gizli məqamlarını açmasına da toxunub: 

“Vallah deyim ki, onlardan bəziləri haqda hətta Türkiyədən belə mənə yazmışdılar. Yazılar davam edir. Hələ ki, marağımda olan bir şey yoxdur. Olanda üzə çıxaracağam. Amma əmin olun ki, kim kimlədir, nə edirlər, xəbərdar oluram. Kişilərin xanımları mənə yazırlar. O gün bir xanım həyat yoldaşının bir müğənni ilə münasibətini öyrənib, mənə yazmışdı ki, ərim əldən gedib. Mən də yazdım ki, ay xanım, bu kişinin bir dədəsi, böyüyü, ağsaqqalı var. Niyə mənə deyirsən? Cavab verir ki, kimə desəm, deyir ki, sən xanımsan, pulunu gətirir,  evində otur. Bəlkə bunun öhdəsindən siz gələrsiniz. Məndə belə yazılar çoxdur. Hər şeyi də efirə çıxarmaq olmur. “Səni axtarıram” verilişinin profili dəyişmişdi. Bu axtarış proqramıdır. Bəzən verilişdə sosial nə isə verəndə onu azaltmağa çalışıram. Burada 60 mindən çox müraciət var. Elə talelər olur ki, sosial problemlərə görə axtarışın nəticəsini verə bilmirəm. İstər-istəməz müzakirələr gedir”. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10