Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

7/24 saat işləyən apteklərin mobil tətbiqi yaradıldı



Türk Əczacılar Birliyi Türkiyədə 26 mindən çox aptekin məlumatlarını özündə cəmləyən mobil tətbiqi vətəndaşlara təqdim edib.

Cenub.az Türkiyə mediasına istinadla xəbər verir ki, proqram istifadəçiləri ən yaxın növbətçi əczaxananın yerini müəyyən edə biləcək.

Tez-tez yenilənən proqram sayəsində vətəndaşlar əczaxanaların ünvanları və telefon nömrələri kimi məlumatları ən doğru şəkildə öyrənə biləcək:

Mobil tətbiqdən istifadə pulsuzdur. “Eczanem Nerede” adlanan proqramı Google Play Store ve App Store’dən yükləmək olar. Türk Eczacıları Birliyinde Proqramın təqdimatı keçirilib. Birliyin sədri Ərdoğan Çolak bunları deyib:

“Biz Türkiyənin hər yerində 7/24 kəsilməz səhiyyə və dərman xidməti verən bir peşənin mənsublarıyıq. Ən yaxın sağlamlıq məsləhətçisiyik. Türk Əczaçılar Dərnəyi olaraq xalqın sağlamlığını hər şeydən üstün tuturuq. Həmişə yanlış və yanıltıcı məlumatlarla mübarizə aparırıq. Beləliklə, “Eczanem Nerede” ən etibarlı və düzgün mənbə məntiqi ilə işləyir. Bir kliklə istədiyiniz məlumata tez bir zamanda çatacaqsınız”.

Ərdoğan Çolak layihə üçün Türk Əczacılar Birliyinin hesabından heç bir ödəniş olmadığını söyləyib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10