Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Körpüdən aşan TİR-də ölən masallıların şəkilləri



Ötən gün Bakıda ağır qəzaya uğrayan yük maşını və onun içində olan şəxslərin fotosu yayılıb.
Cenub.az-ın trend-ə istinadən məlumatına görə, Xocahəsən qəsəbəsi “Meyvəli bazar”ın yaxınlığında körpüdən düşərək qəzaya uğrayan yük maşınının içində sürücü və bir sərnişin olub.
Onlar Masallı rayon sakinləri Yusifli Xəzər İnqlab oğlu və Əzim Məmmədovdur. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Xatırladaq ki, yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlanıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10