Rusiyanın tanınmış jurnalisti Aleksandr Nevzorov çoxarvadlılığın qanunla qadağan olunmasına etiraz edib.
Cenub.az Moderator.az-a istinadla xəbər verir ki, jurnalist bu haqda fikirlərini “Panoptikum" proqramında söyləyib.
A.Nevzorov həmkarı Vasili Utkinlə birgə "UFC” üzrə dünya çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanaf Nurməhəmmədovun ikinci arvad almaq istəyi barədə müzakirədə iştirak edib. Hər iki jurnalist çoxarvadlılığın qanunla qadağan olunmasına etiraz edərək bunu şəxsi həyata müdaxilə kimi dəyərləndiriblər. Aparıcının suallarını cavablandıran həmsöhbətlər ata Nurməhəmmədovun ikinci, üçüncü arvad almaq niyyətində təqsirləndirilə biləcək bir şey görmədiklərini bildiriblər. A. Nevzorov isə çoxarvadlılığın qanunla qadağan edilməsini “həyasızlıq və cahillik” adlandırıb.