Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hökumət açıqlasın: Gələn il hər bölgə üzrə nə qədər büdcə vəsaiti xərclənəcək


Vergilər Nazirliyinin xətti ilə toplanması nəzərdə tutulan büdcə gəlirlərininümumi məbləği 7.875 mlrd. manatproqnozlaşdırılır

 

2020-ci ildə vergi gəlirlərinin adambaşına düşən məbləğinə (proqnoz) görə ən yüksək və ən aşağı göstəriciyə malik 5 rayon və şəhər:

 

Ən aşağı göstərici

 

1. Lerik - 33 manat

2. Cəlilabad - 40 manat

3. Yardımlı - 41 manat

4. Masallı - 49 manat

5. Goranboy - 53 manat

6. Ucar - 56 manat

7. Zərdab -56 manat

8. Tərtər - 56 manat

9. Ağdaş - 58 manat

10. Balakən - 58 manat

 

Ən yüksək göstərici

 

1. Bakı - 3100 manat (neft sektoru sayılmasa, 2100 manat)

2. Naftalan - 513 manat

3. Sumqayıt - 375 manat

4. Şirvan - 266 manat

5. Mingəçevir - 256 manat

6. Abşeron - 247 manat

7. İmişli - 214 manat

8. Naxçıvan MR- 205 manat

9. Qəbələ -199 manat

10. Göygöl - 192 manat

 

Ölkə üzrə orta göstərici isə 792 manat təşkil edir.

 

Vergilər Nazirliyinin xətti ilə toplanması nəzərdə tutulan büdcə gəlirlərinin ümumi məbləği 7.875 mlrd. manat proqnozlaşdırılır ki, ondan 840 mln. manatı Bakı istisna olmaqla bütün bölgələrin hesabına təmin ediləcək.

 

Bölgələrin əksəriyyəti üzrə bu göstərici 70-120 manat intervalında dəyişir.

 

Hökumət belə bir rəqəm açıqlaya bilərmi ki, gələn hər bölgə üzrə (Bakıdan kənar) orta hesabla nə qədər büdcə vəsaiti xərclənəcək? Bu rəqəmlər də açıq olandan sonra "dotasiyalı bölgə" və "dotasiyasız bölgə" anlayışı ətrafında rahat müzakirə açmaq olar.

 

Doğrudanmı adambaşına büdcə gəlirləri 100-150 manatı ötməyən bölgələr dotasiyasız bölgələrdir? Söhbət bizim hüquqi şərtlər hesabına formal da olsa, bu statusu qazanmaqdan getmir. Real, yəni gerçəkdən öz maliyyə potensialı hesabına öz ərazisinin real ehtiyaclarını qarşılama səviyyəsindən gedir...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10