Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi...



 “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan bu günlərdə siyasi dairələrlə görüşlər keçirmək üçün Moskvaya dəvət olunub. 

Cenub.az Moderator.az-a  istinadən xəbər verir ki, bu haqda  "Qraparak" qəzeti yazıb. 

“Q.Sarukyan orada uzun müddət olmayıb, 1-2 gün qalıb və dünən(21 noyabr) qayıdıb. Moskva mənbələrimizə görə, görüşün məqsədi Qagik Sarukyan və “Çiçəklənən Ermənistan” partiyasına "ruh vermək" olub. Çünki son vaxtlar xüsusən parlamentdə  Paşinyanın "Mənim addımım" fraksiyası ilə “Çiçəklənən Ermənistan” arasında münasibətlər pisləşib və tezliklə büdcə müstəvisində böyük “döyüşlər” gözlənilir”- erməni qəzeti belə məlumat verir. 

“Qraparak”ın yazdığından belə çıxır ki, Kreml “eşşək” ləqəbi ilə tanınan bu oliqarx siyasi fiqura dəstək verərək PaşinyanI devirmək üçün ondan yararlanmaq niyyətindədir.

“Ruslar bir daha açıq şəkildə bildiriblər ki, Ermənistanda radikal müxalifət yaranmalıdır və bu mənada ən sərfəli siyasi qüvvə “Çiçəklənən Ermənistan” partiyasıdır.  Ona da dəstək verməyə hazırdırlar” – işğalçı ölkə qəzeti yazır. 

Səfər haqda partiyanın yaydığı rəsmi məlumatda isə deyilir: 

“Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasındakı "Vahid Rusiya" fraksiyası rəhbərinin dəvəti ilə Qagik Sarukyanın rəhbərlik etdiyi nümayəndə heyəti "MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyalar və blokların qarşılıqlı əlaqələrinin rolu" mövzusundakı konfransda iştirak etmək üçün Moskvada səfərdə olub...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10