
Sənədə əsasən, qadınların məşğulluq sisteminin yaxşılaşdırılması və sahibkarlığın inkişafı məqsədilə 2019-cu ildə işsiz qadınların məşğulluğunun təmin edilməsi tədbirləri Proqramı təsdiq edilib.
Qadın Komitələrinin tövsiyələrinə əsasən, 3112 qadına 85 milyard 500 milyon som (təxminən 9 milyon dollar) kredit ayırması planlaşdırılır. Proqram çərçivəsində qadın sənətkarların “Milli Dəyərlər, Ənənələr və Adətlər” adlı respublika sərgisinin təşkili də planlaşdırılır.