Ukraynanın Zaporojye vilayətinin müsəlman qadınları fəaliyyətlərinin prioritet sahələrindən birini yoxsul, kimsəsiz və evsiz insanlara əl tutmağı hesab edirlər.
Cenub.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, bir müddət əvvəl Zaporojye müsəlmanları Ukrayna Qırmızı Xaç Cəmiyyətinin vilayət şöbəsi ilə əməkdaşlıq haqda memorandum imzalayıblar. Eyni zamanda İslamın zərif cinsdən olan ardıcılları birgə aksiyalardan əlavə ehtiyacı olanlara özləri də ayrıca kömək edirlər. Məsələn, noyabrın əvvəlindən etibarən şənbə günləri evsizlər üçün nahar yeməyi təşkil olunur. Müsəlman xanımlar özləri ərzaq alır, müxtəlif xörəklər hazırlayır və yoxsullara paylayırlar. Bir çox evsiz, kimsəsiz insanlar üçün bu cür yeməklər, bəlkə də həftədə ən azı bir dəfə isti və keyfiyyətli qida qəbul etmək üçün yeganə imkandır...