Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dəniz, söylə, sən kiminsən?


Dəniz – onun olmaması bir dərd, olması min dərd
Dəniz – onun olmaması bir dərd, olması min dərd
















Dünyanın elə əraziləri var ki, orada dəniz yoxdur. Bu yerlərin sakinləri bəzən min kilometrlərlə yol qət edir ki, dəniz olan yerə gəlib, dənizin şəklini, videosunu yox, özünü görsünlər. Bu bir başqa dərddir. Bundan da ağrılı dərd odur ki, dənizin yanında yaşayasan, dənizə girə bilməyəsən, dənizin cimərliyindən faydalana bilməyəsən. Dənizin yanından keçəsən, ancaq onun sahilinə çəkilmiş hündür hasarlardan onu seyr etmək imkanında olmayasan. Dənizin kənarında yaşayasan, onu balıqlarından qarın dolusu yeyə bilməyəsən. Bax, bunlar daha ağrılı dərddir.
Hər il yay mövsümü gələndə çimərliklər yada düşür. Əvvəllər çimərliyin zibilliyindən, tör-töküntülərindən, hətta sahibsizlikdən sahildə inəklərin cimdiyindən yazardıq. İndi zaman dəyişib. Dəniz sahillərini elə zəbt ediblər ki, ora daxil olmaq hər şəxsin işi deyil. Heç dəniz kənarı ilə qaçan alabaşı da görmək çətin olur.
“İndi yuxularda görürəm səni” misralarını züm-zümə edə-edə dəniz həsrəti çəkənlərin sayı ilbəil artır. Bu sahədə müqayisələr isə demək olar ki, heç zaman bizim xeyrimizə olmur. Bəs hazırda Xəzərin cənub sahilində vəziyyət necədir? Əməkdaşımız Qocanın hazırladığı materialı sizə təqdim edirik:

Çimərlik mövsümü çoxdan başlanıb. Sakinlərin demələrinə görə, Xəzərin sahilində yerləşən, 50 mindən çox əhalisi olan Lənkəranda isə yararlı çimərlik yoxdur. Şəhərin şimal hissəsi, Xəzərin sahili bölünüb. Hər addımda çayxana fəaliyyət göstərir. Kimsə burda çimmək istəsə gərək çayxanaların birində çay sifariş verə. Sakinlərin demələrinə görə, sahilin bu hissəsi qumsal deyil, istirahət etmək üçün yararsızdır.Xəzər sahilinin şəhərlə bitişik olan qalan hissəsini də zəbt ediblər. Buralar qumsaldır.Vaxtı ilə şəhər sakinləri ən çox bu ərazilərə gəlirdilər. Bir sözlə, burda olan çimərliklər pulludur. Məsələn “Beluqa” istirahət mərkəzində çimərliyə giriş 1 manatdır.

Lənkəran şəhər sakni Rahim Nuriyev deyir ki, şəhərin ərazisndə çimərlik yoxdur. Halbuki, şəhərin bir hissəsi Xəzərin sahilini əhatə edir.

“Rəsmi çimərlik yoxdur, zəbt ediblər. Hərəsi bir yer götürüb, giriş pulludur. Xəzər dənizinə giriş mümkünsüz olub. Sütəmordov tərəfdə yaxşı çimərliklər var. Keçən il nəvəmlə ora getmişdim. ”Beluqa”da giriş üçün məndən pul aldılar 1 manat. Bir neçə ildən sonra Xəzərin sahilinə çıxa bilmərik.”

Eyni mənzərəyə Astara şəhərinin Xəzərlə sərhəd olan sahilində də rast gəldik. Sahilin İran sərhədinə yaxın olan əraziyə heç kim buraxılmır. Halbuki, sovet dönəmində həmin yerlərdən çimərlik kimi istifadə olunurdu. Burada sahilbərkitmə işləri də görülüb. Sahil daşla, betonla doludur. Çimməyə yararlı deyil. Ondan sonra yeni salınmış bulvar-park gəlir. Şəhər saknilərinin ən yaxşı çimərlik yeri isə “Sovtrans” deyilən ərazinin yanındadır. Ötən il bu ərazilər vətəndaşların üzünə açıq idi. Bu il isə həmin ərazilər müxtəlif adamlar arasında bölünüb. Burada ərazilər hasara alınır. Bunların kimlərə məxsus olduqlarını isə aydınlaşdıra bilmədik.”Sovtrans” deyilən yer isə “Relaxsa” məxsusdur, burda istirahət üçün evlər tikilib. Sahildə isə səhərdən axşama kimi traktor işləyir və maşınlara qum vurulur. Bir maşın qum isə burada 50 manatdan 100 manata qədər satılır. Çimərlik tamamilə yararsız hala salınıb.

Astara şəhər sakni Elçin İbrahimli deyir ki, çimərlik yoxdur.

“Ötən il var idi. Bu il görünür çimərlik olmayacaq. Dəniz sahili bölünüb. Bilinmir ki, sahilə buraxmaq üçün bizdən pul alcaqlar, ya yox. Hər halda yerli hökmət bir şey fikirləşməlidir. Bəlkə birinin pulu yoxdur. Belə çxır ki, pulu olmayan normal şəkildə dənizdə çimə bilməz? Halbuki, qanun var, sahil dövlətə məxsusdur, ayrı-ayrı şəxslərə yox. ”

Çimərliklə bağlı Astara şəhər nümayəndəliynə də müraciət etdik. Ordan isə bizə rayon icra aparatına üz tutmağı məsləhət gördülər. Burda da vəziyyətə aydınlıq gətirə bilən cavablar ala bilmədik.








Hazırladı: Qoca





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10