“SSRİ-nin dağılmasının Pribaltikadakı millətçiliyin artması ilə heç bir əlaqəsi yoxdur. Sovet İttifaqının suqutu effektsiz iqtisadi siyasət üzündən baş verdi”.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” Forumunda çıxışı zamanı deyib: “Sovet İttifaqının suqutuna gəlincə, onun Pribaltikadakı millətçiliyə az dəxli var. Bu dağılmanın əsasında SSRİ-nin effektsiz iqtisadi siyasəti durur. Bu siyasət faktik olaraq sosial sferada kollaps yaratdı və siyasi sferada nəticələrə gətirib çıxartdı”.
Putinin sözlərinə görə, SSRİ-nin süqutunun nəticələri insanların düşündüklərindən də pis oldu.
Azpost.info