Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda maşın piyadanı vurub öldürdü, sürücü hadisə yerindən qaçdı


Lənkəranda avtomobilin vurması nəticəsində ağır yaralanan orta yaşlı qadın həyatını itirib.
Cenub.az xəbər verir ki, bədbəxt hadisə Liman şəhərində qeydə alınıb. Şəhər sakini, Balaqız Abdulhüseyn qızı Quliyeva evinə gedərkən “VAZ 2107” markalı avtomobil onu vurub.
Piyadanı ağır yaralayan sürücü hadisə yerindən qaçıb. Hadisə zamanı yaxınlıqda olanlar yaralını xəstəxanaya apararkən qadın yolda keçinib.
44-BN-751 dövlət nömrə nişanlı avtomobil və sürücüsü - 1991-ci il təvəllüdlü Cəlilabad rayonu Alar kənd sakini Azər Kamran oğlu Camalov yol-patrul xidməti əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10