Azərbaycanda 1 noyabr 2019-cu il üzrə işsizlərin sayı 78 711 nəfər olub ki, öncəki aylq müqayisədə 6,2 faiz, öncəki il ilə müqayisədə 2,32 dəfə artımın olması deməkdir.
Cenub.az banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin həmin tarixə olan hesabatında deyilir. Hesabatda qeyd edilir ki, 1 noyabr tarixinə işsizlərdən yalnız 577 nəfəri (cəmi 0,73%-i) işsizlikdən sığorta ilə təmin edilib.
2018-ci ilin eyni dövründə isə göstərilir ki, ölkə üzrə işsizlərin sayı 33 876 nəfər təşkil edibmiş və bunlardan 1 119 nəfəri işsizlik sığortası ilə təmin edilib.