Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Korrupsiya haqqında məlumat verənlərə pul mükafatı: Bizdə bu norma varmı?



Əliməmməd Nuriyev: “O vaxt bizdə bu məsələ müzakirə ediləndə qərara alındı ki...”




Məlum olduğu kimi, bundan sonra Ukraynada korrupsiya haqqında məlumat verən şəxs həmin rəqəmin 10%-i miqdarında mükafat alacaq.

 

Maraqlıdır, Azərbaycanda da belə bir qanunun qəbuluna ehtiyac varmı? Bu, korrupsiyaya qarşı mübarizədə icvtimai fəallğı artıra bilərmi?

 

Cenub.az xəbər verir ki, moderator.az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev Azərbaycanda korrupsiya haqqında məlumat verən şəxsin məxfiliyinin qorunduğunu, təhlükəsizliyinin təmin olunduğunu bildirib:

 

“Korrupsiya haqqında məlumat verən şəxsin müdafiəsi əhəmiyyətli məsələlərdn biridir. Bu, daha çox insanı korrupsiyaya qarşı mübarizəyə təşviq edir. 

 

Bəzi ölkələrdə bu barədə ayrıca qanunlar qəbul olunur. Bəzi ölkələrdə isə bu, ayrı-ayrı qanunalrın tərkibində olur. 

 

Iki il bundan əvvəl, Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının qanunvericiliyi təkmilləşdirmə qrupu tərəfindən korrupsiya haqında məlumat verən şəxslərlə bağlı müddəalar korrupsiyaya qarşı mübarizə haqında qanuna daxil edildi. Parlament də bunu qəbul etdi. O vaxt bizdə də korruspiya haqqında məlumat verən şəlsərin mükafatlandırlıb-mükafatlandırılmamaı məsələsi müzakirə olundu. Sonda bu nəticəyə gəlindi ki, indiki halda belə bir qanunun qəbulu sui-istifadə hallarına yol aça bilər. Ona görə də bu norma qanunvericiliyə salınmadı. 

 

Korrupsiya haqında məlumat evrən şəxslərin təhlükəsizliyinin qorunması, işdən çıxarılması halının qarşısının alınması, uyğun işlə təminatı məsələləri həyata keçirilməlidir. Çünki insnalar öz müdafələrindən, təhlükəsizliyindən əmin olmasalar, o zaman bu qanun pozuntusu haqqında da məlumat verməyəcəklər. Bizdə bu normalar mövcuddur. 

 

Lakijn burada bir norma da var. Əgər şəxs korrupsiya haqında yalan məlumat veririsə, o zaman qəsdən yalan məlumat verməyə görə məsuliyyətə cəlb olunur”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10