Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda baş verən nümayişlərə münasibət bildirib
Cenub.az xarici mətbuata istinadən xəbər verir ki, BMT İnsan Hüquqları Komitəsinin sözçüsü Rupert Colville bu barədə açıqlama yayıb.
Colville, ölkədə davam edən nümayişlərdə ölü sayının artması və vəziyyətin gərginləşməsindən narahat olduqlarını ifadə edib.
İsveçrənin Cenevrə şəhərində təşkil olunan mətbuat konfransında çıxış edən BMT sözçüsü, İran təhlükəsizlik qüvvələrini güc tətbiq etməməyə çağıraraq, etirazçıların ifadə azadlığı və sərbəst toplaşamaq hüquqlarına riayət olunmasını istəyib.
İran hakimiyyət orqanları, nümayişlər zamanı 3 təhlükəsizlik işçisinin öldürüldüyünü bildirsə də, etirazçılar 200-ə yaxın aksiya iştirakçısının dünyasını dəyişdiyi vurğulayıblar.