Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hitlerin evi polis bölməsi olacaq



Adolf Hitlerin doğulduğu ev dövlət mülkiyyətinə keçib

 

Avstriya hakimiyyəti faşist Almaniyasının lideri Adolf Hitlerin doğulduğu Braunau şəhərindəki evdə polis bölməsi yerləşdirmək barədə qərar qəbul edib.

 

Cenub.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın Daxili İşlər Nazirliyi bildirib.

 

"Binada yenidən planlaşdırma nəticəsində Braunau-na-İnnedə polis bölməsi yerləşdiriləcək" - deyə xəbərdə bildirilir.

Daxili işlər naziri Volfqanq Peşornun sözlərinə görə, bu evdən polisin ehtiyacları üçün istifadə edilməsi binanın daha heç vaxt nasional-sosializmi xatırlatmayacağını nümayiş etdirmək üçün zəruridir.

 

Nazirlikdə qeyd ediblər ki, evin keçmiş sahibinə mülkün dövlətin xeyrinə müsadirəsi üçün 812 min avro ödənilib. Bundan sonra Avstriya Respublikası binanın gələcək təyinatını müəyyən etməlidir.

 

Daha əvvəl bildirilirdi ki, Avstriyanın Braunau şəhərində Adolf Hitlerin doğulduğu ev dövlət mülkiyyətinə keçib. Evin keçmiş sahibəsi Gerlinda Pommer 812 min avro məbləğində təzminat alıb.

 

Bundan sonra nasist Almaniyası liderinin evi bərpa edilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10