Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstanda etirazlar davam edəcək - Qarşısını ala bilmirlər



Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası bu gün davam etdiriləcək.

Cenub.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarından olan “Utanc” hərəkatının lideri Şota Diqmelaşvili bildirib. Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 19:00-da parlament binası qarşısında aksiya davam etdiriləcək.

Saat 10.00-da isə Tbilisi Şəhər Məhkəməsi qarşısında ötən gün aksiyanın dağıdılması zamanı saxlanılanlara dəstək məqsədi ilə aksiya planlaşdırılıb.

Qeyd edək ki, ötən gün Tbilisidə parlament binasının ətrafında keçirilən etiraz aksiyasını polis güc tətbiq edərək dağıdıb. Bu zaman 37 nəfər saxlanılıb, 2-si polis olmaqla 6 nəfər xəsarət alıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10