“Hər şeydən əvvəl Oqtay Gülalıyevin səhhəti ilə bağlı çox üzgünəm”
Milli Şuranın 19 oktyabr razılaşdırılmamış mitinqi zamanı saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilən Tofiq Yaqublu azadlığa çıxıb. Bu barədə T.Yaqublu öz “Facebook” profilində məlumat verib.
“Dostlar artıq azadlıqdayam (bəlkə də müvəqqəti). Hər şeydən əvvəl Oqtay Gülalıyevin səhhəti ilə bağlı çox üzgünəm. Bütün ümidlərim tibb elminin və onun müalicə aldığı klinikanın imkanlarınadır. Hər şeyə rəğmən, azadlıq və demokratiya uğrunda mübarizəni daha güclü və əzmlə aparmalıyıq”, - deyə o bildirib.