Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmırlar - FOTO



Tbilisidə Gürcüstan parlamentinə bütün girişləri ötən gün axşamdan bloklayan etirazçılar deputatların qanunverici orqana daxil olmalarına imkan vermirlər.

Cenub.az xarici mediaya istinadla xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının deputatı Revaz Arveladze bu günə təyin olunan komitə iclasında iştirak etmək üçün parlamentə gəlib. Aksiyaçılar parlament üzvünü fitlə qarşılayaraq onun binaya daxil olmasına icazə verməyiblər. Etirazçılar R.Arveladzeni hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunu tərk etməyə çağırıblar.

Zuqdidinin majoritar deputatı Merab Kvaraya da parlament binasına buraxılmayıb. Parlament üzvü noyabrın 14-də paralamentdə proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsini dəstəkləməyib.

Qeyd edək ki, ötən gün parlamentin binası qarşısında müxalifətin və ictimai fəalların keçirdikləri etiraz aksiyasında qanunverici orqanın bütün darvazaları qıfıllanıb və giriş qapılarında çadırlar qurulub. Bununla yanaşı, parlament binasına aparan yollarda qum və daş qırıqlarının olduğu kisələrdən barrikadalar quraşdırılıb.

Etirazçılar tələbləri təmin edilməyənə qədər parlamentin bloklanmasını davam etdirəcəklərini bildiriblər. Tələblər proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi, hökumətin istefası və Mərkəzi Seçki Komissiyanın tərkibinin dəyişdirilməsidir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10