Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı - FOTO


Ötən şənbə günü, noyabrın 16-da Praqada yüz minlərlə çexiyalı küçələrə çıxaraq baş nazir Andrey Babişin istefasını tələb edib.

Parqanın mərkəzi Letna parkında baş tutan aksiyada təşkilatçıların bildirdiyinə görə, 300 mindən çox toplaşıb. Polis aksiyaçıların sayının 200 mini keçdiyini bildirir.

Mitinq müxalifətdə olan “Demokratiya üçün milyon an” hərəkatı tərəfindən təşkil olunub, iştirakçılar əllərində Avropa İttifaqının və Çexiyanın bayraqlarını tutublar. Aksiya korrupsiyaya qarşı mübarizə və Avropada birlik şüarları altında keçirilib. Aksiya iştirakçıları tələb ediblər ki, milyarder baş nazir ya öz biznes strukturlarını satmalıdır, ya da dekabrın 31-nə qədər istefa verməlidir. Əks halda onu yeni və davamlı etiraz aksiyaları gözləyir.

Andrey Babiş “Narazı vətəndaşlar aksiyası” (ANO) hərəkatının lideridir və 2017-ci ildə parlament seçkilərində populist şüarlarla  qalib gələrək baş nazir olub. “Forbes” jurnalının bildirdiyinə görə, 2018-ci ildə Babişin sərvəti 4.3 milyard dollar idi. O, “Agrofert” aqrokimya holdinqinin və bir neçə KİV-lərin sahibidir. Babişə qarşı ilk izdihamlı aksiya bu ilin iyun ayında keçirilmişdi.

64 yaşlı Babiş Slovakiyada anadan olub və orada böyüyüb. Həmin ölkədə Babişə qarşı kommunist rejimi və KQB ilə əməkdaşlıq ittihamı ilə təhqiqat aparılıb. Mitinqçiləri diqqəti buna yönədiblər ki, təhqiqat hələ də açıq qalır. Habelə Avropa İttifaqı Babişə qarşı maraqların toqquşması və korrupsiya şübhəsi ilə təhqiqat aparır.

Andrey Babiş habelə "Putinin adamı" hesab edilir və rusiyayönümlü siyasət aparır, Moskvaya simpatiyasını gizlətmir.

Baş nazir Praqadakı izdihamlı aksyaya münasibət bildirib və bunu “sağlam demokratiyanın əlaməti” adlandırıb. “Möhtəşəmdir ki, insanlar öz mövqelərini ifadə edirlər və heç kim onları təqib etmir, heç kim onlara hücum etmir. Və doğrudan da möhtəşəmdir ki, bizdə azad və demokratik seçkilər keçirilir, biz orada öz nümayəndələrimizi seçə bilirik”,-Babiş bunları deyib və sonrakı şərhlərdən yayınıb. Amma bildirib ki, bazar günü Milli muzeydə mövqeyini ətraflı təqdim edəcək. “Ola bilsin sizlər təəcüblənəcəksiniz”,-baş nazir deyib.(Virtualaz.org)







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10