"Ağdam rayonunda korrupsiya və rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılır. Deyə bilərəm ki, bizim rayonumuzda belə hallar mövcud deyil və icra başçısı kimi buna qarşı daim mübarizə aparıram".
Cenub.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Ağdam rayonunun icra başçısı Vaqif Həsənov deyib.
Prezident İlham Əliyevin tapşırıqlarının dəqiqliklə yerinə yetirildiyini bildirən icra başçısının sözlərinə görə, Ağdamda dövlət idarələri və müəssisələrində daha çox gənclərin işə götürülməsinə üstünlük verilir.
"Cənab Prezidentin sosial layihələrlə bağlı tapşırıqları Ağdamda yerinə yetirilir. Biz gənclərə üstünlük verməyə çalışırıq. Elə mənim köməkçim də gəncdir. Hazırda Ağdamda Gənclər Evi yoxdur. Burada Gənclər Evi tikiləndən sonra asudə vaxtın səmərəli keçirilməsini fəal formada təşkil edəcəyik".