Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təbriz ayağa qalxdı: Xamneyinin fotoları yandırıldı (FOTO/VİDEO)



İranda benzinin qiymətinin qaldırılmasına qarşı etiraz aksiyaları davam edir.

Cenub.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ölkənin bir çox ərazilərində, həmçinin Təbrizdə baş tutan aksiyalar zamanı hərbi, dövlət, dini mərkəzlərə, bank və yanacaqdoldurma stansiyasına od vurulub. 

Yanıdırılan binalar arasında Milli Bankın Bəhbahanda yerləşən şöbəsi də var. Hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar Ayətullah Xamneyinin banner-fotolarını yandırıb.

Qeyd edək ki, etiraz nümayişlərində azı 25 nəfər həyatını itirib, çox sayda insan xəsarət alıb.












Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10