
Masallı İncəsənət Məktəbinin direktoru Azər Əhədzadənin dedikləri:

Hər il müəllim və şagirdlərimiz valideynlər qarşısında hesabat verir. Şagirdlərimiz müxtəlif müsabiqələrdə uğurla çıxış edir. Bu il də ənənəmizə sadiq qaldıq. Mayın 31-də Masallı Rayon Mədəniyyət Evində hesabat konserti fəşkil etdik.
Kollektiv öncə Beynəlxalq Müsabiqə Laureatı Aysel Nərimanovanın xormeystrliyi ilə 30 nəfərlik xor kollektivinin çıxışını təqdim etdi.
Daha sonra rəqqaslar, tar çalanlar, ayrı-ayrı ifaçılar öz ustalıqlarını nümayiş etdirdilər.
Tək ifaçılardan xanəndə Yavər Məmmədovun (Böyük Xocavar), qarmonda Camal Çavadovun (Həsənli) , balabanda Abasət Həsənovun (Qızılağac), tarda Xudakərim Əliyevin (Kolatan) və başqalarının çıxışları heyranlıqla qarşılandı
Klassik musiqi əsərlərinin - Şopenin “Vals” (Zümrüd Ağayeva), Bizenin “Antrakt” (Rəfiqə Həsənzadə), Bethovenin “Şotland” (Səkinə Allahyarova) , Azərbaycan bəstəkarları Elmira Nəzirovanın “Prelyüd” (Səbinə Muxtarlı), Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Vals” (Zəhra İsmayılova), Musa Mirzəyevin “Yallı” (Zeynəb Bağirzadə) əsərləri ustalıqla ifa edildi.
Məkətəbin direktoru burada çalışan müəllimlərin - Ülkər Əhədzadənin , Qənimət Rəhimovanın, Gülər Abdullayevanın, Şölə Bağırovanın, Şahin Məhərrəmovun, Zeynal Abbasovun, Mahmud Abbasovun, Qabil Niftiyevin və başqalarının da peşəkarlığından və zəhmətsevərliyindən fərəhlə danışdı.


Ən ciddi problemimiz isə bu sahədə ali təhsilli kadrların azlığıdır.
Yaxın hədəflərimizdən biri isə məktəbin Facebook səhifəsini yaradıb şagirdlərimizin bütün ifalarını ora yerləşdirməkdir. Yəni kompüteri, interneti olan hər evdə bizi izləmək mümkün olacaq.
Qeyd: Yazı reklam xarakterlidir və ödənişli əsaslarla çap edilir.