Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Onlar sizin də gözünüzü deşirsə, səssiz qalmayın



Ekspert: “Belə reklam qurğuları üçün xüsusi standartlar olmalıdır”

 

Bakının müxtəlif prospekt və küçələrində xüsusi ekranlarda reklamlar yerləşdirilir. Belə ekranlarda göstərilən reklam daha çox insanın diqqətini çəkir və məhsulun tanınmasına vasitə olur. Xüsusilə də gecə saatlarında xüsusi işıqlandırma ilə nümayiş olunan reklamlar daha çox cəlbedicidir.

 

Amma bəzi reklam lövhləri var ki, sürücülərin avtomobil idarə etməsinə mane olur. Belə ki, reklam lövhəsinin həddindən artıq işıqlandırılması nəticəsində işıq avtomobil yoluna və ya sürücünün gözünə düşür. Nəticədə sürücü yolu görməkdə çətinlik çəkir.

Yol-nəqliyyat eksperti Azər Allahverənov deyib ki, bu tipli reklamlar üçün xüsusi standartlar olmalıdır: “Dövlət Yol Polisi, uzağı işıqlandırmaq üçün lazım olan işıqları süni işıqlandırma olan yerlərdə istifadə edib, qarşıdan gələn avtomobilin sürücüsünə mane olan sürücülərə cərimə tətbiq edir. Çünki işıqların sürücülərin gözünə düşməsi böyük təhlükə yarada bilər. Bu baxımdan belə reklam qurğularında da standartlar olmalıdır”.

 

“Gecə saatlarında işıqlandırmaya xüsusi diqqət ayrılmalıdır. Düzgün işıqlandırılmama ağır qəzaya səbəb ola bilər. Ona görə də reklam lövhələrində işıqlar elə quraşdırılmalıdır ki, sürücülərə mane olmasın. DYP bu cür hallara nəzarət etməlidir. Əgər onlara belə şikayətlər daxil olarsa, adiyyatı orqanlara müraciət edib, problemi həll etməlidirlər”, - Allahverənov bildirib.

 

Məsələ barədə danışan Dövlət Reklam Agentliyinin (DRA) mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri isə indiyədək bu cür şikayətlə qarşılaşmadıqlarını qeyd edib: “Küçə reklamları xüsusi ekranlarda verilirsə, onlar standartlara uyğun işıqlandırılır. Buna ciddi nəzarət edirik. Reklamlar qurulanda bir neçə dəfə baxılır və yoxlanılır. Belə halın baş verməsi mümkün deyil. Əgər belə hal olarsa, tez bir zamanda araşdırıb, problemi həll edirik”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10