Aralıq dənizi Dərman Aromatik Bitkilər Dərnəyinin başçısı, professor Nazim Şekeroğlu kosmetik məhsulların dəriyə zərərlərini izah edib.
Metbuatşxəbər verir ki, professor Antalyada keçirilən "3-cü Beynəlxalq Kosmetik Konqres" çərçivəsində verdiyi açıqlamda kosmetik məhsulların tərkibində 170 kimyəvi maddə və ağır metallar olduğunu qeyd edib:
"Ölkəmizdə və dünyada kosmetik məhsulların istifadəsi getdikcə artır. İnsanlar gözəl olmaq, gənc qalmaq istəyirlər. Bunun üçün xüsusilə gənclər kimyəvi tərkibli kosmetik məhsullardan istifadə edirlər. Bir qadın gündə 12 fərqli kosmetik məhsul istifadə edir. Onların tərkibində 170 fərqli kimyəvi maddə var və əksəriyyəti ağır metallardan ibarətdir. Yemədiyiniz bir şeyi üzünüzə tətbiq etməyin. Əvəzinə daha təbii tərkibli məhsullara üstünlük verin".
Bir sıra qurumlarla birlikdə kimyəvi tərkibi olmayan sağlam kosmetik məhsullar istehsal etmək üçün çalışdıqlarını dilə gətirən Şekeroğlu sözlərinə belə davam edib:
"Beynəlxalq arenada Türkiyənin təbii kosmetikalarının ön plana çıxacağını düşünürük. Ən böyük istehsalçılar Çin və Hindistan olacaq. Türkiyə ilk beş ölkə arasında olacaq. Kosmetik məhsulların dövriyyəsinin dünyada 2025-ci ilə qədər 500 milyard dollara qalxması gözlənilir. Təbii kosmetikalar 50 milyard dollar təşkil edir. Lakin hesab edirəm ki, 2050-ci ildə təbii kosmetikalar 50 faizə çatacaq. Türkiyənin bu sektordakı payının daha da artacağını düşünürük".
Professor xüsusilə gənc yaşlarından tez-tez kosmetika istifadə edənlərdə dəri xərçəngi, iltihab və yaraların meydana gəlməsinin kosmetikaların tərkibindəki kimyəvi maddələrə bağlı olduğunu qeyd edib. (publika.az)