Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"O gecə batalyonun kapitanı Armenak Urfanyan və altı hərbiçidən ibarət komandir heyəti məhv oldu" - VİDEO



“1 aprel 2016-cı il gecəsi bir çox ermənilər üçün son gecə oldu” – Ermənilər o günü unuda bilmir.

Bütün ermənilər Aprel MüharibəsindəAzərbaycan Ordusu tərəfindən öldürülmüş Robert Abajyanın doğum gününü qeyd edir. Ermənilərin sosial şəbəkələri xəbər verir ki, qoşunların təmas xəttində qızğın döyüşlərdə 19 yaşlı Robert Abajyan qumbara qəlpəsindən aldığı ağır yaralara görə ölüb. Ona Bako Saakyanın “sərəncamı” ilə ölümündən sonra “Artsax Qəhrəmanı” adı verilib və Qızıl Qartal Medalı ilə təltif edilib.

Robertin valideynləri göz yaşını indi də saxlamır. Azərbaycanın qəhrəman şəhid övladlarının müqəddəs qanının yanında işğalçı və gəbərmiş serjanta elə bir mərsiyə deyirlər ki, adamın matı-qutu quruyur.

“Youtube”da təqdim edilən verilişdə deyildiyi kimi İrəvanın Kanaker-Zeytun rayonunda oxuduğu 147 saylı məktəbə Robert Abajyanın adı verilib.

Yeri gəlmişkən, bununla bağlı sosial şəbəkələrdə aprel döyüşlərinin bəzi təfərrüatları verilib. Maraqlı gəldiyi üçün döyüşlərdəki bir detalı ermənilərin dili ilə oxucuların diqqətinə çatdırırıq:

“1 aprel 2016-cı il gecəsi bir çox ermənilər üçün son gecə oldu. Həmin gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağ-Azərbaycan təmas xəttində genişmiqyaslı hücuma keçir. Qarabağın şimal-şərq istiqamətindəki mövqelərini atəşə tutduqdan sonra Azərbaycan bölmələri şiddətli hücuma keçir. Tankların dəstəyi ilə üç yüzə yaxın erməni əsgər və zabit heyətinin olduğu erməni mövqelərini dağıdır. Düşmənə edilən ilk hücumda batalyonun kapitanı Armenak Urfanyan və altı hərbçidən ibarət komandir heyəti məhv olur.

Urfanyan və komandası rəqibini iki dəfə geri çəkiməyə vadar etsə də, kəmiyyət və hərbi texnika ilə silahlanmış düşmənə müqavimət göstərməyin lüzumsuz olduğunu başa düşdükdən sonra əsgərləri geri çəkilmələrini əmr edib. Lakin qeyri-bərabər döyüşlər davam edib… Qyaram Sloyan, Robert Abajyan, Andranik Zohrabyan komandiri ilə birlikdə ölüb, digərləri də yaralanıb. Urfanyanın ölümündən sonra ayağından yaralanan Robert Abajyan əmr alıb və anbar üzərində mübarizəni davam etdirib. Xəndəkdə silah-sursatın tükəndiyini görən əsgərləri patron gətirməyə göndərib. Bu müddət ərzində rəqib mövqeyə girməyi bacarıb. Abajyan yeganə həmkarı ilə birlikdə, yaralanan Andranik Zöhrabyanla bir mövqeyə geri çəkilib. Zöhrabyan çoxlu qan itirərə ölüb. Döyüşdə Robert Abajyan sonuncu gülləyə qədər batalyon komandiri ilə əlaqə saxlayaraq mütamadi məlumatlar verib və çoxsaylı düşmən qüvvələrinə qarşı təkbaşına mübarizəni davam etdirir və sonra qumbaranın partlaması nəticəsində həlak olur”.

Konkret.az

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10