İranda yanacağın bahalaşmasına görə etirazlar başlayıb
İranın Məşhəd şəhərində start verən etiraz aksiyasına çıxan insanlar yanacaq bahalaşmasına qarşı şüarlar səsləndiriblər. İran mediası xəbər verir ki, Məşhəd şəhərinin ardınca Şiraz, Bircand, Ahvaz və İranın başqa şəhərlərdə də etiraz aksiyaları keçirilib. Sircan bölgəsindəki etirazşılar yerli neftsaxlama məntəqəsini yandırmağa cəhd etsələr də, polisin müdaxiləsi ilə cəhdin qarşısı alınıb.
Qeyd edək ki, az əvvəl İran höküməti güzəştli benzin üçün kvotalar tətbiq etmək qərarına gəlib. Həmçinin yeni qaydalara görə, kvota çərçivəsində benzinin dəyəri 15 min real olacaq. Halbuki əvvəl bu göstərici 10 min real təşkil edirdi.
İran lideri Həsən Ruhani bəyan edib ki, yeni qaydaların tətbiqindən əldə olunacaq gəlir ölkənin bəzi vilayətlərdəki imkansız insanlara maddi dəstəyə sərf olunacaq.
ayna.az