Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yol polisi təsdiqlədi: Plyonkaya görə sürücülər cərimələnməyəcək



Azərbaycanda nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülməyəcək.

Cenub.az bildirir ki, bunu APA-ya Baş Dövlət Yol Polisi (BDYP) İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

DYP rəsmisi bildirib ki, hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişikliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsindədir: “Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barəsində hazırda inzibati tənbeh görülmür”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10