Rusiyada həkimlərin orta aylıq əmək haqqı 79 min rubl (1200 dollar) təşkil edir.
Cenub.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə "Rossiya” telekanalına müsahibəsində Səhiyyə naziri Veronika Skovortsova deyib.
O, xəstəxana və poliklinikalarda çalışanların əmək haqının hansı qaydada formalaşdığını açıqlayıb. 2004-cü ildən etibarən əmək haqlarının səviyyəsini regionlar deyil, işəgötürənlər müəyyən edir.
Nazir deyib ki, hazırda elə sistemə keçməyə hazırlaşırlar ki, orada aylıq maaş alan həkimlər 55 faizdən az olmayacaq. Bir müddət əvvəl Putin Nazirliyə sərəncam verib ki, həkimlər üçün aylıq əmək haqqı 70 min rubl müəyyən olunsun. Dövlət başçısı həmçinin həkimlərə güzəştli ipoteka verilməsi ilə bağlı məsələnin həll olunmasına göstəriş verib.