Pərviz Əzimov “Bizim Market” supermarketlər şəbəkəsinin Marketinq departamentinə yeni direktor təyin olunub.
Masallı rayonun Bədəlan kəndində anadan olmuş, çox dəyərli müəllim-Rasim Əzimovun ailəsində böyüyüb, LDU-nu bitirmiş, bir müddət “Cənub xəbərləri” qəzetinin və saytının əməkdaşı olmuş, araşdırma yazılarına görə ciddi qalmaqal yaşamış, ictimai fəal kimi ABŞ-a səfər etmiş, daha sonar isə özünü marketinq sahəsində sınamağa qərar vermiş və həmin sahədə uğurlara imza atmaqdadır.
P. Əzimov hazırda “Bizim Market” ilə yanaşı onunla eyni eyni ailənin üzvü olan “Novas Home” brendinin də marketinq direktoru olaraq çalışacaq.
Qeyd edək ki, P. Əzimov 2012-2013-cü illərdə "Azərbaycan Avropa Hərəkatı"nda ictimaiyyətlə əlaqələr mütəxəssisi,
2013-2014-cü illərdə "OnMedia" şirkətində marketinq mütəxəssisi vəzifələrində çalışıb.
Həmçinin o, 2014-2016-cı illərdə "TIMWE" şirkərinin, 2016-2018-ci illərdə "Technol", 2018-2019-cu illərdə isə "Embawood" şirkətinin Marketinq departamentinin direktoru olub.
Xatırladaq ki, P. Əzimov 2016-cı ildə çap olunan “Rəqəmsal Marketinq – Bələdçi” adlı kitabın müəllifidir.
Pərviz bəyi təbrik, ona bu sahədə daha böyük uğurlar arzulayırıq.