
Sistem hazırda 4 dil - Azərbaycan, Türk, İngilis və Rus dillərini dəstəkləyir. Bundan əlavə proqramçıların istifadəsi üçün REST API da təmin edilib. Proqramçılar bu API-dan istifadə etməklə çox rahat şəkildə servisi öz proyektlərinə inteqrasiya edə bilərlər.
Servisi http://voicen.az/az/user/register/linkindən qeydiyyatdan keçməklə dərhal pulsuz istifadə etməyə başlaya bilərsiniz. Hər bir yeni başlayan istifadəçiyə 20 dəqiqə bonus hədiyyə olunur. Bundan sonra davam etmək istəsəniz, hər dəqiqə üçün sizdən kiçik bir məbləğ tələb olunacaq.