Cenub.az bildirir ki, Melkumyanın sözlərinə görə, yeni hökumətin əhalinin müsbət gözləntilərini qarşılaması üçün 1,5-2,5 il vaxtı var, amma 2020-ci il büdcə layihəsi, təəssüf ki, bu gözləntiləri doğrultmur: “Vətəndaşlar inqilab gözləyirdilər, əvəzində real büdcə layihəsi aldılar, ona görə də heç bir kardinal müsbət dəyişikliklər gözləmək lazım deyil”.
Millət vəkili onu da qeyd etdi ki, bu ilin ilk altı ayında iqtisadiyyatın real sektoruna – sənaye, tikinti, kənd təsərrüfatına investisiyaların axını cəmi 310 milyon dollar təşkil edib, lakin həmin dövrdə ölkədən 295 milyon dollar həcmində kapital axını olub. “Beləliklə, investisiyaların həqiqi axını cəmi 15 milyon dollar təşkil edib”, – deyən Melkumyan hökuməti insanların kapitalını Ermənistandan niyə ixrac etməyə başladığını öyrənməyə çağırıb.